Fransa Futbol Federasiyasının (FFF) İcraiyyə Komitəsi məmurun millinin sabiq futbolçusu Zinəddin Zidan haqqında səsləndirdiyi sensasion sözlərdən sonra Noel Le Qreni qurumun prezidenti vəzifəsindən uzaqlaşdırmaq qərarına gəlib. Bu barədə RMC Sport məlumat yayıb.
Qeyd olunur ki, qurumun vitse-prezidenti Filipp Diallo FFF-nin müvəqqəti rəhbəri olacaq. FFF araşdırma aparacaq və nəticədə Le Gres-in gələcəyi ilə bağlı yekun qərar veriləcək.
Xatırladaq ki, Zidan, mətbuatda yayılan məlumatlara görə, Braziliyanın baş məşqçi postuna iddialılardan biridir. Daha sonra braziliyalı keçmiş futbolçu Karlos Alberto portuqaliyalı mütəxəssis Mourinyonun onu Braziliya millisindəki məşqçilər korpusuna dəvət etdiyini bildirib. Le Qre də öz növbəsində Zidanın Braziliya yığmasına mümkün təyinatı ilə bağlı yayılan məlumatlara münasibət bildirərək, onun vecinə olmadığını, əfsanəvi futbolçu və məşqçi ona zəng etsə, telefonu belə qaldırmayacağını bildirib.