Lionel Messi "İnter Mayami"yə keçir

23:21 07.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə dünya çempionu və yeddiqat "Qızıl top"un sahibi Lionel Messi karyerasını ABŞ-ın "İnter Mayami" klubunda davam etdirmək qərarına gəlib.

Hafta.az-ın məlumatına görə, bu barədə İspaniyanın "Mundo Deportivo" qəzeti xəbər verib.

L.Messi verdiyi müsahibəsində Avropanı tərk etmək, diqqət mərkəzindən çıxmaq və ailəsi ilə daha çox vaxt keçirmək istədiyini bildirib.

İspaniyanın “Sport” qəzeti iyunun 2-də yazıb ki, “İnter Mayami” Messiyə cəmi 200 milyon dollar dəyərində 4 illik müqavilə təklif edib.