Mağazadan külli miqdarda oğurluq edilib

12:29 28.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda mağazadan külli miqdarda oğurluq edilib.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 25-də rayon ərazisindəki mağazaların birindən 2700 manat pul oğurlamaqda şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.