Makron bu reytinq düşə bilməyən ilk prezident oldu

09:50 15.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransa Prezidenti Emmanuel Makron ölkənin ən populyar 50 siyasətçisi reytinqindən kənarda qalan ilk dövlət başçısı olub.

Hafta.az xəbər verir ki, müvafiq siyahını "Paris Match" jurnalı dərc edib. Sorğuda iştirak edən 1 000 fransızın 78%-i Makronun prezident kimi fəaliyyətini mənfi qiymətləndirib. Beləliklə də, dövlət başçısı 50-ci yeri sentyabrda istefa verən baş nazir Fransua Bayruya uduzaraq reytinqdə 51-ci olub.

Jurnal qeyd edir ki, Makronun sələfləri Fransua Olland və Nikola Sarkozi heç vaxt 43-cü yerdən aşağı düşməyiblər.