Makronu Ukraynada sülhün əsas əleyhdarı adlandırdı

14:21 02.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo Prezident Emmanuel Makronu Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasının əsas əleyhdarı kimi xarakterizə edib.

Hafta.az xəbər verir ki, Florian Filippo özünün sosial media hesabında Emmanuel Makronun Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə danışıqlarını şərh edərkən “Sülhün əsas düşməni danışır!” replikasını yazıb. Fransalı siyasətçinin fikrincə, Ukrayna münaqişəsinə həqiqətən son qoymaq üçün “korrupsiya bataqlığına qərq olmuş” Kiyevə silah və maliyyə dəstəyini dayandırmaq lazımdır.

Qeyd edək ki, dekabrın 1-də Volodimir Zelenski Fransa Prezidenti ilə görüşmək üçün Yelisey sarayına gəlib. Görüşdən sonra Emmanuel Makron Ukraynada korrupsiyaya qarşı mübarizədə əldə olunan irəliləyişdən məmnunluğunu ifadə edib.