“Mançester Yunayted” Hollandiya yığmasının bombardirindən imtina etdi

18:23 27.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

"Mançester Yunayted" PSV və Hollandiya millisinin hücumçusu Kodi Qakpo ilə müqavilə imzalamayıb, çünki klubun sahibləri Qleyzer ailəsi klubu tezliklə satmağa ümid edir. Bu barədə Daily Mail məlumat yayıb.

"Mançester Yunayted" oyunçu ilə danışıqlara başlayıb, lakin Liverpool-a yaşıl işıq yandıraraq, müqavilədən imtina etmək məcburiyyətində qalıb. Qeyd olunur ki, “qırmızı şeytanlar” ümumilikdə qış transfer pəncərəsində futbolçularla tam müqavilə bağlaya bilməyəcək və yalnız icarəyə arxalana bilər.

Qleyzer ailəsi 2005-ci ildən kluba sahibdir. Daha əvvəl "Mançester Yunayted"in satılması ilə bağlı müqavilənin yaza qədər bağlana biləcəyi bildirilirdi.