“Mançester Yunayted” satılmayacaq

19:58 17.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Mançester Yunayted”in (MU) sahibi olan amerikalı sahibkarlar Qleyzer ailəsinin klubu satmaqdan imtina etməsi məlum olub. Bu barədə ESPN məlumat yayıb.

Nəşrin məlumatına görə, Qleyzerlər klubda qalmağa imkan verəcək lazımi kənar investisiyaları cəlb edə biləcəklərinə əmindirlər. Qeyd olunur ki, sahibkarlar növbəti on il ərzində komandanın dəyərini iki dəfə artırmağa ümid edirlər.

Martın 21-də məlum olub ki, Qətər kral ailəsinə yaxın bir investor “Mançester Yunayted”i rekord məbləğə – 5 milyard funt-sterlinqə (6,15 milyard dollar) almaq istəyir. Britaniyalı milyarder Cim Ratkliff də eyni məbləği ödəməyə hazır idi.