Yazını böyüt
Yazını kiçilt
“Mançester Yunayted” Çempionlar Liqasının qrup mərhələsində öz qapısından 15 top keçirərək, antirekorda imza atıb.
"Opta Sports"un məlumatına görə, bu nəticə təkcə "qırmızı şeytanlar"ın tarixində deyil, ümumilikdə İngiltərə klubları üçün də ən pis nəticədir.
Dekabrın 12-də "Mançester Yunayted" doğma meydanda "Bavariya"ya minimal hesabla 0:1 hesabı ilə uduzub. A qrupunun turnir cədvəlində 16 xalla "Bavariya" birinci yeri tutub. Kopenhagen ikinci yerdədir (8). “Qalatasaray” qrup mərhələsini 3-cü yerdə başa vurub (5). İndi Türkiyə komandası Avropa Liqasının pley-off mərhələsində çıxış edəcək. “Mançester Yunayted” dördlüyü (4) tamamlayıb.