Maqnus Karlsen şahmat üzrə iddiaçılar turnirində iştirakdan imtina edib

17:32 07.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şahmat üzrə keçmiş dünya çempionu norveçli Maqnus Karlsen iddiaçılar turnirində iştirakdan imtina edib.

Hafta.az xəbər verir ki, şahmatçı bu fikirləri “Chess.com” portalına bildirib.

İddiaçılar turniri aprelin 2-dən 24-dək Kanadanın Toronto şəhərində keçiriləcək.

“Əsas səbəb ondadır ki, bu, mənim xoşuma gəlmir. Sadəcə belə. Mən turnirdə iştirak etməyəcəyəm. Narahat olmayın”, - deyə Karlsen bildirib.