“Marakana” stadionuna gedən əsas yollardan birinə Pelenin adı veriləcək

21:27 03.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rio-de-Janeyrodakı “Marakana” stadionuna gedən əsas yollardan biri üçqat dünya çempionu, braziliyalı hücumçu Pelenin şərəfinə adlandırılacaq.

Hafta.az xəbər verir ki, bu barədə şəhərin meri Eduardo Paes tviter səhifəsində məlumat verib.

“Marakananı əhatə edən qərb radial prospekti Pele prospekti adlandırılacaq, fərman sabah dərc olunacaq", - mer yazıb.

Qeyd edək ki, Pele dekabrın 29-da 82 yaşında dünyasını dəyişib. Braziliyalı dünya çempionatında üç dəfə qalib gələn yeganə oyunçudur.