Marneulidə yeni stadionun açılışı olub

10:47 04.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın Marneuli rayonunda 2 min azarkeş üçün nəzərdə tutulmuş yeni stadionun açılışı olub.

Hafta.az-ın yazdığına görə, Gürcüstan hökuməti administrasiyasının məlumatına görə, stadion kompleksi UEFA standartları (II kateqoriya) ilə təmin edilmiş bütün lazımi yerləri özündə birləşdirir.

“Stadion müasir yanğınsöndürmə sistemi ilə təchiz olunub və əlillər üçün tam uyğunlaşdırılıb. Yeni stadionun layihə və tikinti işləri dövlət büdcəsindən 8,2 milyon lari hesabına maliyyələşdirilib”, – deyə hökumət administrasiyasının məlumatında bildirilir.

Qeyd edək ki, Marneuli azərbaycanlıların sıx yaşadığı rayondur.