Yazını böyüt
Yazını kiçilt
ABŞ-da bir qadın boks üzrə keçmiş dünya çempionu Mayk Taysonu cinsi təcavüzdə ittiham edərək məhkəməyə verib. Bu barədə ABC telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, qadın 5 milyon dollar məbləğində iddia qaldırıb və boksçunu 1990-cı illərin əvvəllərində Nyu-Yorkun Olbani şəhərində törətdiyi zorakılıq xarakterli hərəkətlərdə ittiham edib.
1992-ci ildə Tayson İndianapolisdə gözəllik müsabiqəsinin iştirakçısı Dezir Vaşinqtona təcavüz etməkdə təqsirli bilinərək altı il həbs cəzasına məhkum edildi, sonradan bu müddət yarıya endirildi.