Mbappe hər il PSJ-dən bonus olaraq 60 milyon avro alır

18:22 04.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

PSJ-nin 24 yaşlı hücumçusu Kilian Mbappe hər mövsüm klubdan bonus olaraq 60 milyon avro alır. L'Equipe bildirir.

Mbappenin Paris klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir.

Mbappe artıq PSJ rəhbərliyinə müqaviləni yeniləmək fikrində olmadığını və gələn il azad agent statusu alacağını bildirib.

Transfermarkt Mbappenin transfer dəyərini 180 milyon avro qiymətləndirir.