Yazını böyüt
Yazını kiçilt
Fransa çempionu PSJ-nin 24 yaşlı fransız hücumçusu Kilian Mbappe klub səviyyəsində 300 oyuna çıxıb. Fransa çempionatının 19-cu turunda PSJ "Renn"ə minimal hesabla uduzub.
Həmin 300 matçda (Fransa liqasında 200) Mbappe 218 qol vurub. “Monako” ilə 27, PSJ ilə 191.
Mbappe 2017-ci ilin yayında Monakodan Paris klubuna keçib və onunla dördqat Fransa çempionu, üç dəfə Fransa Kubokunun qalibi, iki dəfə Superkubok və iki dəfə Fransa Liqa Kubokunun qalibi olub.
Mbappe Fransa millisinin heyətində Dünya Çempionu və vitse-çempion olub.