Mbappe PSJ tarixində bir matçda 5 qol vuran ilk futbolçudur

10:49 24.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Paris klubunun mətbuat xidmətindən verilən məlumata görə, fransalı hücumçu Kilian Mbappe bir oyunda 5 qol vuran ilk PSJ futbolçusu olub.

Fransa kubokunun 1/16 finalında PSJ "Pays de Kassel"i 7:0 hesabı ilə məğlub edib.

Mbappe karyerasında ilk dəfə penta-trik edib. O, həm də digər qolun vurulmasında iştirak edib.
PSJ Fransa kubokunun 1/8 finalında "Marsel"lə qarşılaşacaq.

Oxunma sayı 237