MDB-də COVID-19 əleyhinə peyvənd sertifikatları qarşılıqlı tanına bilər

15:58 28.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Belarus Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Minskdəki MDB İcraiyyə Komitəsində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər tərəfindən əhalinin yeni koronavirus infeksiyasına qarşı peyvənd edilməsinə dair verilən sertifikatların (digər sənədlərin) qarşılıqlı tanınması məsələsinə həsr olunmuş müşavirə keçirilib.

Hafta.az MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, müşavirə iştirakçıları dövlətlərdə COVID-19-un yayılmasının qarşısının alınması barədə görülən tədbirlər, əhalinin koronavirus infeksiyasına qarşı peyvənd edilməsi, sərhəd keçid qaydaları və dövlətlər arasında peyvənd sertifikatlarının qarşılıqlı tanınması təcrübəsi haqqında məlumatı paylaşıblar.

Nazirlik və idarələrin nümayəndələri Birlik dövlətləri tərəfindən peyvənd sertifikatlarının qarşılıqlı tanınmasında maraqlı olduqlarını qeyd edərək, bu məsələnin daha ətraflı araşdırılmasına ehtiyac olduğunu vurğulayıblar.