Tennessi ştatının məhkəməsi ABŞ Prezidenti Donald Trampın əmrinə zidd olaraq, Memfisdə cinayətkarlıq və miqrantlarla mübarizə üçün Milli Qvardiyanın istifadəsinə qadağa qoyub.
Hafta.az xəbər verir ki, bu barədə Reuters agentliyinin məlumatında deyilir.
Məhkəmənin qərarına görə, Milli Qvardiya qoşunlarının patrul xidməti üçün istifadəsi yerli hüquq-mühafizə qanunvericiliyinə ziddir.
Qeyd edək ki, Donald Tramp sentyabrın ortalarında “Memfisdə asayişin bərpası haqqında” müvafiq sərəncam imzalayıb. Tennessi qubernatoru Bill Li sərəncama uyğun olaraq Milli Qvardiyanın hərbçilərini patrul xidməti həyata keçirmələri üçün şəhərin küçələrinə yerləşdirib.
Federal Təhqiqatlar Bürosunun məlumatına əsasən, 600 mindən çox əhalisi olan Memfis 2024-cü ildə cinayət statistikasına görə Birləşmiş Ştatların böyük şəhərləri arasında ön sıralardan birini tutub.