“Mehriban xanıma müraciət edən heç kim köməksiz qalmayıb” – Novella Cəfəroğlu

14:17 26.08.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Mehriban xanımın fəaliyyəti misilsizdir. Onun insan haqlarının qorunması tək əfv və amnistiyaların verilməsi təşəbbüsü ilə bitmir. Hansı ki, son əfv təşəbbüsündən sonra 1000-dən çox insan azadlığa çıxdı.

Bu fikirləri hafta.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. Onun sözlərinə görə, istərdi ki, növbəti əfvlər olsun. İnsanlar həbsxanalardan çıxarılsın, ailələrdə sevinc olsun:

“İnsan haqlarının qorunması hər bir insana edilən qayğı və diqqətlə də ölçülür. Bu gün Mehriban xanımın birbaşa qayğısı ilə Vətən uğrunda savaşıb yaralanan qazilərimizin müalicəsi ilə bağlı çox işlər görülür. Bir çox qazilərimiz müalicə üçün Türkiyə və digər xarici ölkələr göndərilirlər. Şəhid ailələri dövlətin böyük diqqəti ilə əhatə olunur. Azərbaycanda hər bir insanın hüquqlarının qorunması istiqamətində böyük işlər gedir. Mehriban xanım Əliyevaya müraciət edən heç bir kəs köməksiz qalmayıb.Uşaq evləri, sağlamlığı məhdud insanların reablitasiyası, eləcə də yeni məktəblərin açılması, bütün bunlar insan haqqının qorunmasıdır və Mehriban xanımın bu sahədəki işlərini hər kəs görür, bilir. Təbrik edirəm, uzun ömür arzulayıram. Çox gözəl ki, Azərbaycanda belə Xanımımız var”.