Keçmiş futbolçu Devid Bekhem dünən soyuq havada buz vannası qəbul etdiyi anların fotolarını İnstaqram səhifəsində paylaşıb.
Hafta.az-ın Mirror-a istinadən yazdığına görə, 47 yaşlı Bekhem əvvəlcə mənfi 4 dərəcə olduğunu göstərən termometrin fotosunu yerləşdirib və üzərinə "Şaxtalı səhərdə bir az özünəqulluq" yazıb. Sonra məşhur idmançı ad "açıq vanna otağına" girib. Tamamilə çılpaq olan Bekhan sadəcə beret geyinib və arxasını çevirərək poza verib.
Bekhem üzərində "buz vannası" olan fotosunu 77 milyon izləyicisi ilə paylaşıb.
Qeyd edək ki, keçmiş futbolçu həyat yoldaşı Viktoriya Bekhemlə birlikdə ötən gecə özü kimi futbolçu olan oğlu Romeonun oyununa baxmağa gedib.
Buz vannasının axşamı David və Romeo “Arsenal” və “Mançester Yunayted” arasında keçirilən ata-oğul matçına baxıblar.
Gərgin mübarizə şəraitində keçən görüşdə Romeonun dəstəklədiyi “Arsenal” qalib gəlib. Romeo daha sonra atasının yorğun göründüyü fotosunu paylaşıb və üzərinə “Yaxşı yatın” şərhini yazıb.
24 ildir evli olan Bekhem cütlüyünün 4 övladı var. Bekhem ailəsi tez-tez bir-biri ilə əyləncəli fotolar paylaşaraq sosial şəbəkələrdə gündəmə gəlir.