Merts və Tramp Ukrayna üzrə sülh planını müzakirə ediblər

23:59 21.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniya Kansleri Fridrix Merts və ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı sülh planını telefon danışığında müzakirə ediblər.

Hafta.az xəbər verir ki, federal hökumətin sözçüsü Stefan Kornelius telefon söhbətinin konstruktiv şəraitdə keçdiyini bildirib.

Söhbət zamanı tərəflər məsləhətçilər səviyyəsində növbəti addımların razılaşdırıldığını bildiriblər.

Almaniya Kansleri telefon söhbətindən sonra avropalı tərəfdaşlarını məlumatlandırıb.