Messi 41-ci kubokunu qazandı

14:23 01.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

PSJ-nin futbolçusu Lionel Messi karyerasında 41-ci kubokunu qazanıb.

Yenisabah.az xəbər verir ki, argentinalı hücumçu ötən gecə Paris təmsilçisinin heyətində Fransa Superkubunun qalibi olub.

Messi bundan əvvəl “Barselona”da 10 dəfə La Liqanın, 4 dəfə Çempionlar Liqasının, 8 dəfə İspaniya Superkubokunun, 7 dəfə ölkə kubokunun qalibi olub. Həmçinin Messi 3 dəfə Klublararası Dünya çempionatının, eyni sayda UEFA Superkubokunun qalibi, PSJ ilə Fransa çempionu olub.

Messi Argentina milli komandası ilə Amerika Kubokunu qazanıb, Milli ilə Olimpiadanın da qalibi olan futbolçu Gənclər arasında Dünya Çempionatında, eləcə də "Finalissima"da çempion adını qazanıb..

Messidən daha çox kuboku olan yalnız “Barselona”nın futbolçusu Dani Alveşdir. Braziliyalı müdafiəçinin 46 kuboku var.

Oxunma sayı 141