Yazını böyüt
Yazını kiçilt
"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi keçmiş Paris Saint-Germain komanda yoldaşı Kilian Mbappeyə peşəkar karyerasının inkişafı ilə bağlı məsləhətlər verib. Onun sözlərini Defensa Central sitat gətirir.
“Barselonaya getməyini üstün tuturam, amma Real Madridə getmək istəyirsənsə, o zaman bunu et, həqiqətən yaxşı bir layihəyə layiqsən. Sən qalibsən”, Messi deyib.
Artıq bir neçə ildir ki, mətbuatda Mbappenin PSJ-dən ayrılacağı barədə məlumatlar yayılır. Futbolçunun Fransa klubu ilə müqaviləsi 2023/24 mövsümünün sonunda başa çatır.