Yazını böyüt
Yazını kiçilt
Metronun "28 May" stansiyasında qatar yoluna düşən sərnişin ölüb.
Hafta.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlama yayıb. O bildirib ki, qatar maşinisti dərhal əyləcləməni sıxıb. Yüksək gərginlik aradan qaldırılıb:
"Sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib. Kişi sərnişin qatarın altından çıxarılsa da, təəssüf ki, dünyasını dəyişib".