Milli komandamızda itki

22:18 19.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənın "Konyaspor" klubunun üzvü Mahir Emreli Azərbaycan millisinin heyətindən çıxarılıb.

Hafta.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. 26 yaşlı hücumçu zədəli olduğu üçün qarşıdakı oyunlarda yığmamıza kömək edə bilməyəcək.

Xatırladaq ki, millimiz Avro-2024-üç seçmə mərhələsində martın 24-də Avstriya, martın 27-də isə İsveç yığması ilə qarşılaşacaq. Komandamız hər iki oyunu rəqib meydanında keçirəcək.