Millimiz Qazaxıstana qalib gəldi

22:16 25.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün milli komandamız UEFA Millətlər Liqasının 2022/23 mövsümündə son matçına çıxıb.

Hafta.az xəbər verir ki, C liqasının 3-cü qrupunda yer alan Canni De Byazinin komandası 6-cı turda Qazaxıstanı qəbul edib.

 Oyun millimizin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0. Millimiz tarixində ilk dəfə ardıcıl 3 matçda meydanı qələbə ilə tərk edib.

Xallarını 10-a çatdıran yığmamız qrupu 2-ci pillədə başa vurub. 

Qrupun digər oyununda Slovakiya Belarusu qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb. Slovakiya 7 xalla 3-cü, Belarus isə 3 xalla qrup sonuncusu olub.

Millətlər Liqası, 6-cı tur

C liqası, 3-cü qrup

Azərbaycan – Qazaxıstan - 3:0 

Qollar: Aleksandr Maroçkin, 67-avtoqol, Filip Ozobiç, 74, Anatoli Nuriyev, 90+1

Qırmızı vərəqə: Nuralı Alip, 35 (Qazaxıstan)

Baş hakim: Harm Osmers

Bakı. “Dalğa Arena”

Oxunma sayı 2012