Millimiz UEFA İnkişaf turnirində Ukraynaya uduzdu

20:18 23.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın qızlardan ibarət U-17 millisi Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün ilk oyununu keçirib.

Hafta.az xəbər verir ki, yığmamız Ukrayna ilə qarşılaşıb. Futbolçularımız 0:4 hesabı ilə məğlub olublar.

Millimiz növbəti oyununu aprelin 25-də Rumıniya komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.