Mina xəritələrinin dəqiq olmaması işləri ləngidir - Bahar Muradova

14:29 31.01.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Dəqiq mina xəritələrinin olmaması səbəbindən azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri ləngiyir.

Hafta.az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Qadın, sülh və təhlükəsizlik: Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, hazırda qadınların münaqişədən sonrakı rolu ilə bağlı Milli Fəaliyyət Planının üzərində də işlər davam etdirilir.

“O cümlədən bir sıra vacib sənədlərin, normativ hüququ aktların üzərində də iş gedir”, - o vurğulayıb.

B.Muradova vurğulayıb ki, münaqişədən sonra qadınların problemlərin həllində səmərəli rolu təmin edilməlidir.