Minifutbol üzrə Azərbaycan millisi İtaliya yığmasına qalib gəlib

22:46 02.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Minifutbol üzrə Azərbaycan millisi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirində ilk qələbəsini qazanıb.

Hafta.az xəbər verir ki, yığmamız A qrupundakı ikinci oyununda İtaliya millisi ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən matçda millimiz rəqibinə 2:0 hesabı ilə qalib gəlib.

Millimizin heyətində Rəvan Kərimov və Mirmehdi Rzayev fərqləniblər.

Qeyd edək ki, yığmamız ilk turda Çexiya seçməsi ilə qarşılaşıb və matçda hesab açılmayıb.