Yazını böyüt
Yazını kiçilt
"Roma"nın baş məşqçisi Joze Mourinyo Portuqaliya millisini çalışdırmaqdan imtina edib.
Hafta.az xarici KİV-lərə istinadən xəbər verir ki, Portuqaliya Futbol Federasiyası (FPF) üçün Mourinyo baş məşqçi vəzifəsinə əsas namizəd idi. Lakin hazırda “Roma”da çalışan mütəxəssis milli komanda ilə işləməkdə maraqlı deyil.
Mourinyonun "Roma" ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Məşqçi müqavilənin sonuna qədər klubda niyyətindədir.
Qeyd edək ki, Portuqaliya millisinin DÇ-2022-nin 1/4 finalında Mərakeşə uduzaraq (0:1) mübarizəni dayandırmasından sonra Fernandu Santuş baş məşqçi vəzifəsindən istefaya göndərilib.