Müdafiə Nazirliyi bu şirkəti məhkəməyə verdi

12:02 06.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Müdafiə Nazirliyi “Azenco” Açıq Səhmdar Cəmiyyətini məhkəməyə verib.

Hafta.az  xəbər verir ki, işə Bakı Apellyasiya Məhkəməsində Fuad Babayevin sədrlik etdiyi hakimlər heyəti tərəfindən baxılacaq.

Xatırladaq ki, “Azenco” ASC 2002-ci ildə yaradılıb, Azərbaycanın aparıcı enerji-tikinti şirkətidir. Onun nizamnamə kapitalı 6 837 298 manatdır. Şirkət “Azenco” Group” MMC-yə daxildir. Bu holdinq “Expressbank” ASC-nin səhmlərinin təxminən 48.8%-nə nəzarət edir.