Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında fəaliyyət planı imzalanıb

15:13 07.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2022-ci il üçün birgə fəaliyyət planı imzalanıb. Sənədə əsasən keçiriləcək tədbirlərin yeri, icra vaxtı, icraya məsul qurumlar və şəxslər müəyyən edilib.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, il ərzində Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil ediləcək görüşlərdə Azərbaycançılıq ideyası, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq və digər mövzularda tədbirlər keçiriləcək.