Narkomaniya ilə mübarizə zamanı ən böyük iş valideynlərin üzərinə düşür - Psixoloq

15:43 05.08.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Narkotikdən istifadə etmək ani beyin dumanlanmasıdır. Bu vəziyyətdə insanlar özlərini daha güclü hiss edirlər. Olduqları pis, qaranlıq mühitdən ani uzaqlaşma fikri gəlir ki, bu da narkomaniyanın gənclər arasında yayılması ilə nəticələnir. Onlar əsasən müəyyən depressiv vaxtlarda çıxış yolunu belə maddələrdə görürlər.

Bu fikirləri hafta.az-a psixoloq Aynur İsmayıl deyib.  

Psixoloq yeniyetmələri və gəncləri bu bəladan uzaq tutmaq üçün ən böyük yükün valideynlərin üzərinə düşdüyünü söylədi:

“Yeniyetmə və gənclərin valideynləri çox vaxt uşaqları ilə danışmaqdan çəkinirlər, belə məsələlərə tənqidi yanaşırlar. Gənclərin həyatını öz gənclikləri ilə müqayisə edirlər. Bu da bir növ övladları valideyndən uzaqlaşdırır. Yaxşı olardı ki, ilk növbədə ailədə övlad ilə valideynlər arasında dostluq münasibətləri formalaşsın. Belə olan halda, gənclər hər bir mövzuda valideynlərinə güvənər. Narkomaniya ilə mübarizə zamanı ən böyük iş valideynlərin üzərinə düşür”.

Oxunma sayı 398