Naxçıvanda torpaqlardan qanunsuz istifadənin qarşısı alınır

14:11 22.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda Şərur və Kəngərli rayonlarında bütün mülkiyyət növləri üzrə torpaqlardan istifadə vəziyyəti yoxlanılır, aşkar olunan qanunsuz istifadə hallarının aradan qaldırılması üçün müvafiq qanunvericiliyin tələbinə uyğun tədbirlər həyata keçirilir.

 

Hafta.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən bildirilib.

 

Qeyd olunub ki, Kəngərli rayonunun Çalxanqala kəndində aparılan monitorinqlər zamanı kənd sakinləri tərəfindən qanunsuz istifadə edilən torpaq sahələrinin metal çəpərləri sökülərək bələdiyyə mülkiyyətinə qaytarılıb.

 

İndiyədək rayonun Böyükdüz, Şahtaxtı, Yurdçu, Qabıllı, Təzəkənd, Qarabağlar və Xıncab kəndlərində monitorinqlər aparılıb, torpaqlardan qanunsuz istifadə halları aradan qaldırılıb.

Oxunma sayı 46
Gündəm rubrikasından digər xəbərlər