Nazir Kəmaləddin Heydərov meşə yanğınları ilə bağlı Şabranda xüsusi müşavirə keçirib

19:07 19.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov meşə yanğınlarının bir neçə gündür davam etdiyi Şabran rayonunda xüsusi müşavirə keçirib.

Yanğınlarla mübarizəyə həsr olunmuş müşavirədə şimal rayonlarının İcra hakimiyyətlərinin başçıları, aidiyyəti qurumların rəhbərləri iştirak edib.

Vəziyyət barədə nazirə məlumat verilib, hazırkı durum qiymətləndirilib.

Kəmaləddin Heydərov yanğınla mübarizə sahəsində müvafiq tapşırıqlar verib.