Yazını böyüt
Yazını kiçilt
Bakının “Neftçi” klubu mövsümlərarası fasilədə ilk transferini rəsmiləşdirib.
Hafta.az kluba istinadla xəbər verir ki, “Neftçi”nin yetirməsi olan Azərbaycan milli komandasının üzvü Emil Balayev ilə ikiillik müqavilə bağlanıb. 29 yaşlı qapıçı 12 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, sonuncu klubu “Səbail” olan E.Balayev “Neftçi”dən başqa “Sumqayıt”, “Araz Naxçıvan”, “Ayntraxt” (Frankfurt, Almaniya), “Qarabağ”, “Tobol” (Qazaxıstan), “Zirə” və “Turan” klublarında da çıxış edib.