“Neftçi”də üç yeni məşqçi təyinatları olub

22:55 08.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Neftçi”nin məşqçilər korpusunda yeni təyinatlar olub.

Hafta.az İdman.biz-ə istinadən xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Litvalı Saulius Sekanaviçus köməkçi məşqçi, italiyalı Ciordano Domeniko fiziki hazırlıq üzrə məşqçi, belaruslu Aleksandr Ajintsov isə məşqçi-reabilitoloq vəzifəsini yerinə yetirəcək.

 

Bunadək məşqçilər korpusunda yer alan Sənan Qurbanov və qapıçılar üzrə məşqçi Emil Babayev də baş məşqçi Roman Qruqorçukun köməkçilərindən olacaq.