Niderland millisi 118 ildən sonra antirekorda imza atıb

16:29 15.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Niderland yığması UEFA Millətlər Liqasının yarımfinalında Xorvatiyaya əlavə vaxtda buraxılan qollarla 2:4 hesabı ilə məğlub olub.

Hafta.az xəbər verir ki, bu nəticə ilə Niderland millisi son 118 ildə ilk dəfə öz meydanında rəsmi oyunda 4 qol buraxıb.

Qeyd edək ki, Xorvatiya Millətlər Liqasının finalına vəsiqə qazanıb. Xorvatlar həlledici görüşdə İspaniya - İtaliya oyununun qalibi ilə üz-üzə gələcək. Uduzan komanda isə üçüncü yer uğrunda görüşdə Niderlanda rəqib olacaq.