Rusiya-Ukrayna müharibəsi 9-cu gününə qədəm qoyub. Bölgədən şok görüntülər gələrkən, oğlunun cansız bədənini qucaqlayaraq ağlayan atanın fotosu dünyanı lərzəyə gətirib.

Hafta.az xəbər verir ki, 16 yaşlı İliya iki dostu ilə Mariupol küçələrində futbol oynayarkən Rusiyanın Ukraynaya hücumu zamanı başlayan atəş nəticəsində ölümcül yaralanıb.
Üç yeniyetmə avtomobilin arxasında ən yaxın xəstəxanaya aparılsa da, İliya ölüb.
Əməliyyat otağından çıxan cərrahlar faciədən sonra yeniyetmənin atası Serhii ilə göz təması qurmaqda çətinlik çəkiblər. Qapıda gözləyən ata yerə yıxılmamış ah-nalə etməyə başlayanda cərrahlardan biri əllərini qaldırıb. Digəri isə sadəcə yerə baxıb.
AP fotoqrafı tərəfindən çəkilmiş bu faciəli fotoda İliyanın atası Serhii bombanın vurulmasından sonra çarşafla bükülmüş oğlunun cəsədi üzərində ağladığı görürür.
Bu, Rusiyanın işğalının yüzlərlə günahsız dinc sakinin həyatına son qoyduğu Ukraynadakı müharibə zonasından çəkilən şok görüntülərdən sadəcə biridir.