Ölkə üzrə aprel ayının pensiyaları tam ödənildi

09:38 15.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki  Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən aprel ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.

Fonddan hafta.az-a verilən məlumata görə, aprelin 8-dən başlayaraq  əvvəlcə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, aprelin 15-də isə bölgələr üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödənilib.

Vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.