Orta məktəblərdə pul yığılması halları var - Nazir

13:44 27.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda 4400 məktəb, 1600 bağça fəaliyyət göstərir.

Hafta.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, orta məktəblərdə pul yığılması halları var. Bütün hallarla bağlı araşdırmalar aparılıb və müvafiq tədbirlər görülüb:

“Bu məsələdə bizim yanaşmamız ondan ibarətdir ki, bu məsələ həm medianın, həm də ictimaiyyətin diqqətində olmalıdır”.