Ötən gün 17 koronavirus xəstəsi saxlanılıb

10:28 15.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 14-də respublika ərazisində 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, onlardan 16 nəfər tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Vəziyyəti nisbətən ağır olan 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

"Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik".