Özbək işçilər işləmək üçün Latviyaya dəvət edildi

10:04 19.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Orta Asiyadan olan immiqrantlar müxtəlif yollarla Rusiyadan çıxarılsa da, Özbəkistan vətəndaşlarının bəxti ətirib. Məlum olub ki, Özbəkistan vətəndaşları Latviyada yük maşınlarına texniki qulluq üzrə mexanik işləməyə dəvət olunurlar.

Hafta.az-ın yazdığına görə, bu barədə Xarici Əmək Miqrasiyası məlumat yayıb. İlk 3 ayın maaşı 1000 avrodan çox olacaq. Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

25-40 yaşlarında olmalı, rus və ya ingilis dilini bilməli, sahədə ən azı 2 il iş təcrübəsi, ağır yük maşınlarına texniki qulluq üzrə təlimatlardan istifadəni bacarmalı, yük maşını hissələri və gövdələri ilə işləyə bilməli, ağır yük maşınlarının diaqnostik avadanlığının istifadə etməyi bacarmalıdırlar.

Sığorta işəgötürən tərəfindən həyata keçirilir, sənədlər və iş icazələri qeydiyyata alınır. Vətəndaşın hesabından aşağıdakılar tələb olunur:

Agentlik xidmətləri, təhsil və təlim, viza rüsumu, aviabilet, yemək, yaşayış kirayəsi.

Latviyaya getmək istəyən işçilər sabah axşam saat 6-dək qeydiyyatdan keçməlidirlər.