Özbək turistin çantasını oğurlayan vyetnamlı tutulub

09:10 21.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kapadokyaya tətilə gedən Özbəkistan vətəndaşı İntizor Ayıtbayeva Kayaşehir yaxınlığındakı məscidə girib. Çantasını burada unudan Ayıtbayeva daha sonra polisə müraciət edib.

Hafta.az-ın yazdığına görə, Nevşehir Təhlükəsizlik Müdirliyi Asayiş Şöbə Müdirliyi tərəfindən aparılan araşdırmalarda çantanın Vyetnamdan olan 51 yaşlı Li Ze He tərəfindən oğurlandığı müəyyən edilib. Polis qrupları şübhəlinin Ürgüp rayonunda bir oteldə qaldığını aşkar edərək onu otağında saxlayıb.

Turistin otağında aparılan axtarış zamanı çanta, pasportlar, 100 avro, 300 dollar, 7447 lirə və poverbank aşkar edilib.

“Oğurluq” cinayətinə görə saxlanılan turist polis bölməsində aparılan əməliyyatlardan sonra məhkəmənin qərarı ilə həbs edilib.