Bu ilin yanvar-avqust aylarında Özbəkistana 7,5 milyon xarici turist səfər edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 49,1 faiz (2,5 milyon nəfər) çoxdur.
Hafta.az-ın yazdığına görə, ən çox ziyarətçi qonşu Qırğızıstandan gəlib - 2,16 milyon nəfər. Turistlərin əhəmiyyətli hissəsi də Qazaxıstan (1,76 milyon) və Tacikistandan (1,7 milyon) gəlib.
Digər ölkələr arasında rəqəmlər belədir:
Rusiyadan 663300 nəfər, Əfqanıstandan 304500 nəfər, Türkmənistandan 243500 nəfər, Çindən 135400 nəfər, Türkiyədən113100 nəfər, Hindistandan 42200 nəfər, Cənubi Koreyadan 30 min nəfər və digər ölkələrdən toplam 349800 nəfər.
Onlardan təxminən 5,16 milyon insan qohumlarını ziyarət etmək üçün gəlib. Ölkəyə 1,14 milyon əcnəbi turizm, 837,5 min nəfər isə iş məqsədilə səfər edib. Bundan əlavə, 287700 qonaq kommersiya, 62 min nəfər müalicə, 14200 nəfər isə təhsil almaq məqsədilə gəlib.
2024-cü ilin yanvar-avqust aylarında 5,04 milyon xarici vətəndaş Özbəkistana turizm məqsədilə səfər edib. Həmin il ən çox qonaq Tacikistandan (1,47 milyon), Qırğızıstandan (1,45 milyon) və Qazaxıstandan (1,02 milyon) gəlib.