Pakistan-Əfqanıstan sərhədində SİLAHLI İNSİDENT

13:28 08.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstan sərhədi yaxınlığında Pakistan ordusunun mövqelərinə silahlı hücum olub.

Hafta.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir. Məlumata görə, Xayber-Paxtunxva əyalətinin Kurram rayonunda baş verən hadisə nəticəsində biri zabit və biri komandir olmaqla, 11 hərbçi həlak olub.

Pakistan təhlükəsizlik xidmətlərindəki mənbələrin məlumatına görə, hücumu "Təhrik-e-Taleban Pakistan" (TTP) qruplaşması ilə əlaqəli silahlılar həyata keçiriblər. Silahlılar bir neçə istiqamətdən ordunun mövqelərinə hücum ediblər.

Qeyd edək ki, 2007-ci ildə yaradılan TTP radikal şəriət qanunlarına əsaslanan İslam dövləti qurmaq niyyətindədir və Pakistanda hərbi və mülki hədəflərə çoxsaylı hücumlara görə məsuliyyət daşıyır. 2018-ci ildən qruplaşmaya Nur Vəli Məsud rəhbərlik edir.