Papua-Yeni Qvineyada ZƏLZƏLƏ

11:56 12.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Papua-Yeni Qvineyada 5.1 bal gücündə zəlzələ baş verib.

Hafta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar bu gün Bakı vaxt ilə saat 7:23-də ölkənin şərq hissəsində qeydə alınıb.

Zəlzələnin episentri Qoroka şəhərindən 29 kilometr şimal-şərqdə olub. Təbiət hadisəsinin ocağı 110 kilometr dərinlikdə yerləşib.

İtki və dağıntı barədə məlumat verilməyib.