Paraüzgüçümüz dünya seriyası yarışında gümüş medal qazanıb

21:49 14.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Almaniyanın paytaxtı Berlində keçirilən dünya seriyası yarışında ikinci olub.

Hafta.az Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadla xəbər verir ki, yarışda 200 metr məsafəyə brass üsulla üzgüçülük yarışlarında 2 dəqiqə 25.93 saniyəlik nəticə ilə gümüş medal qazanıb.

Millimizin digər üzvü Könül Süleymanova 100 metr məsafəyə arxasıüstə üzmə yarışlarında 3 dəqiqə 36.77 saniyə nəticə göstərərək, dünya çempionatına lisenziya əldə edib.