Yazını böyüt
Yazını kiçilt
Mövcud vəziyyətlə əlaqədar Ermənistanın baş naziri Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçiriləcək sammitində iştirak etməyəcək.
Hafta.az bildirir ki, bu barədə Ermənistan hökumətinin başçısı aparatının mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi məlumat vermişdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev təşkilatın Səmərqənddə keçiriləcək sammitinə gəlmək niyyətlərini təsdiqləyiblər.