Pelenin ölümündən sonra Braziliyada üç günlük matəm elan edilib

11:27 30.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Braziliyada üçqat dünya çempionu Pelenin vəfatından sonra üç günlük matəm elan edilib. Bu barədə hökumətin "Diário Oficial da União" qəzeti məlumat yayıb.

“Keçmiş futbolçu Pele Edson Arantes do Nasimentonun vəfatı ilə əlaqədar bu fərmanın dərc edildiyi gündən üç günlük rəsmi ümummilli matəm elan edilir”, - deyə sərəncamın mətnində deyilir.

Ölkənin vəzifəsini tərk edən prezidenti Jair Bolsonaronun mətbuat xidməti Pele fenomeninin bütün dünya idmanı üçün əhəmiyyətini vurğulayıb.

Pele dekabrın 29-da San-Pauludakı özəl klinikalardan birində dünyasını dəyişib. O, bağırsaq xərçənginin ağırlaşması səbəbindən noyabrın 29-dan xəstəxanadadır. Jurnalistlər futbolçunun bağırsaq xərçəngi ilə mübarizədə orqanizmi artıq kimyaterapiyaya reaksiya vermədiyi üçün palliativ müalicə şöbəsinə köçürüldüyünü yazıb.

Dekabrın 26-da Pelenin ailə üzvləri və yaxınları ilə vidalaşdığı məlum olub.