Peyvənd olunanların sayı açıqlanıb

17:05 09.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 511 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 271, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 240 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5418754, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3160755, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2257999 təşkil edir.